adalet.az header logo
  • Bakı 13°C
03 Dekabr 2021 11:29
2932
MƏDƏNİYYƏT
A- A+

Parisdə keçiriləcək “Uşaq Avroviziya 2021” mahnı müsabiqəsi: “One Of Those Days” mahnısı hazırdı...

Əvvəlcə oxucularımızı bilgiləndirmək üçün bildirək ki, Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir.

Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir.

 


Avroviziya Uşaq Mahnı Müsabiqəsində ümumilikdə iştirak edən 39 ölkədən 11-i müsabiqədə qalibiyyət qazanıb. Bu ölkələrdən Gürcüstan üç dəfə, Belarus, Malta, Polşa və Rusiya iki dəfə, Xorvatiya, İspaniya, Niderland, Ermənistan, Ukrayna və İtaliya isə bir dəfə müsabiqədə qələbə qazanmağa nail olmuşdur. 

 

Uşaq hazır, mahnı hazır, müsabiqə yaxın günlərdə olacaq


Adalet.az xəbər verir ki, bu ilin dekabrın 19-da Parisdə keçiriləcək “Uşaq Avroviziya 2021” mahnı müsabiqəsinə Azərbaycanı Sona Əzizova təmsil edəcək. Sona Əzizova sözügedən mahnı müsabiqəsində “One Of Those Days” mahnısı ilə çıxış edəcək.
 


Qeyd edək ki, 19 ölkənin iştirakı gözlənilən müsabiqə Sena çayı üzərində Segun adasında “La Seine Musicale” konsert zalında keçiriləcək.

 

Əntiqə Rəşid