adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
03 Dekabr 2021 11:27
1225
GÜNDƏM
A- A+

Milli Məclis DSX-nin şəhid hərbçilərinin xatirəsini 1 dəqiqəlik sükutla yad edib

Parlamentin bu gün keçirilən iclasında helikopter qəzasında həlak olan hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Adalet.az-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova şəhid hərbçilərin xatirəsinin yad edilməsini təklif edib:

“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğrayıb. Qəza nətciəsində 14 hərbi qulluqçumuz həlak olub. Təklif edirəm ki, həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilsin”, - spiker bildirib.

Daha sonra şəhid hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.