adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Dekabr 2021 11:15
1047
MƏMLƏKƏT
A- A+

“Zəfər klubu”nun növbəti görüşü - Fotolar

Xızı rayon akademik M.A.Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəbində şagirdlərlə II Vətən müharibəsi iştirakçısı, gənc yazar Emin Piri nin görüşü keçirilib. Görüşdə Vətən müharibəsi iştirakçısı şagirdlərə II Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuzun qəhrəmanlığından danışıb.

Emin Piri “Zəfər klubu” layihəsi çərçivəsində yaradıcılıq, şagirdlərin yaradıcılıq məhsullarının dərci barəsində fikir mübadiləsi aparıb.
Görüşdə Xızı rayon təshil şöbəsinin müdiri Oqtay Abdullayev, Xızı rayon akademik M.A.Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəbinin direktoru Xatirə Həşimova, rejissor Məzahir Həşimov iştirak edib.

Cavid