adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Dekabr 2021 10:19
1041
İQTİSADİYYAT
A- A+

İrandan gətirilən 23 ton yararsız kartof geri qaytarılıb

İrandan idxal olunan 23 tondan çox yararsız kartof məhsulu geri qaytarılıb.

Bu barədə Adalet.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs "AGR GROUP" MMC tərəfindən İran İslam Respublikasından idxal edilən ümumi çəkisi 23.6 ton ərzaqlıq kartof məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” - kartofun qonur çürüməsi) aşkar edilib.

Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 23.6 ton ərzaqlıq kartof məhsulu partiyalarının İran İslam Respublikasına geri qaytarılması barədə qərar qəbul edilib.