adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Dekabr 2021 10:20
596
MƏMLƏKƏT
A- A+

Toyda qayda pozan 4 nəfər cərimələndi

Dekabrın 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 130 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, monitorinq 126 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

73 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.