adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Noyabr 2021 18:07
792
GÜNDƏM
A- A+

Yeni nazir müavinləri kimlərdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlarla gənclər və idman naziri Fərid Qayıbova iki yeni müavin təyin edilib.

Adalet.az-ın xəbərinə görə, yeni müavinlərdən İndira Hacıyeva nazirliyin Gənclərlə iş şöbəsinin müdiri olub.

Bakı Dövlət Universitetinin “Riyaziyyat və fizika” fakültəsini bitirən İ.Hacıyeva əmək fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışıb.

2000-2001 illərdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir, 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və Gənclərlə iş üzrə Baş İdarənin Uşaqlarla iş şöbəsində baş təlimatçı, 2001-2003-cü illər ərzində Uşaqlarla iş şöbəsinin rəisi, 2003-2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyinin Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi, 2009-2012-ci illərdə Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olub. 01.01.2012-ci il tarixdən isə Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Mariana Vasilyeva isə 1974-cü ilin iyulun 6-da Bolqarıstanın Tırqovişte şəhərində doğulub. Bolqarıstan millisində bədii gimnastı olmuş Vasilyeva Veliko Tarnovo Universitetinin məzunudur. O, məşqçi kimi Sofiyanın “Levski” klubunda işə başlayıb. 2007-ci ildə Azərbaycan Gimnastika Federasiyası tərəfindən işə qəbul edilib və 2009-cu ildən etibarən bədii gimnastika millimizin baş məşqçisidir.

Beynəlxalq Gimnastika Federasiyasının “Əməkdar məşqçi” diplomu (2019), Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2015) ilə təltif olunub, Azərbaycan Respublikasının Əməkdar məşqçisi (2013) adını alıb.(oxu.az)