adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Noyabr 2021 12:59
988
DÜNYA
A- A+

Almaniya Belarisiyaya qarşı sanksiyalar tədbiq edilməsini tələb edir

Son vaxtlar Polşa-Belarusiya sərhədlərində yaranan miqrasiya böhranının daha da pisləşməsini bildirən Almaniyanın xarici işlər naziri Xayko Maas, bəyan edib ki,  həmkarları ilə birlikdə, Brüsseldə Belarusiyaya qarşı tədbiq olunan sanksiyaların daha da sərtləşdirilməsi ilə bağlı müzakirə aparacaqlar.
 

"Lukaşenko bizdən bütün sanksiyaların aradan qadırılmasını tələb edir. Biz bu gün ona sanksiyaları daha da sərtləşdirməklə cavab verəcəyik. Biz həmçinin sərt iqtisadi sanksiyaların qaçılmaz olduğunu bildirəcəyik" - deyə Maas Avropa İttifaqı dövlətlərinin xarici işlər nazirləri ilə görüşü ərəfəsində bəyan edib.

 Sanksiyaların miqrantlara humanitar yardım  göstərilməsi məsələsinə mane olmayacaqmı, sualını cavablandıran Maas, "Belarusiya sanksiyalarsızda bu məsələdə özünü konstruktiv aparmayıb" - deyə bildirib.

Rüstəm Hacıyev