adalet.az header logo
  • Bakı 19°C
15 Noyabr 2021 12:48
1313
DÜNYA
A- A+

"Putin Lukaşenkoya təsir etməlidir"

Almanıyanın xarici işlər naziri Xayko Maas Rusiya prezidenti Vladimir Putini öz nüfuzundan istifadə etməklə Belarusiyanın lideri Aleksandr Lukaşenkoya, Avropa İttifaqı sərhədlərində miqrasiya böhranının həll olunmasında təsir etməyə çağırdı.

Belarusiya və Polşa sərhədlərinə yığışan minlərlə miqrant Avropa İttifaqına daxil olan ölkələrə keçmək istəyir. Polşa hökuməti hərbi qüvbələrinin gücü ilə onların öz ərazilərinə keçməsinin qarşısını almaq üçün sərhəddə cəmləşdirilib. Polşa sərhəddə yaranan miqrasiya böhranı ilə əlaqədar Belarusiya rəhbərliyini günahlandırır. Belarudiya isə bu ittihamları rədd edərək, Polşa tərəfinin miqrantları öz ərazilərinə buraxmamaqda günahlandırır.
 

"Putin insanlara qaşı insanlığa sığmayan hərəkətlərin qarşısının alınması ilə bağlı,  sərhəddə yaranan miqrasiya böhranının aradan qaldırılması üçün Lukaşenkoya təsir etmək imkanındadır. Bunun üçün danışmaqla bərabər iş görmək də lazımdır" - deyə Polşanın xarici işlər naziri bildirib.

Rüstəm Hacıyev