adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

CANLI TARİX

ƏBÜLFƏT MƏDƏTOĞLU
38442 | 2012-11-27 23:20
Əslində buyazını içimdə çox yazmışam. Özü də hər dəfə fərqli-fərqli üslublarda,fərqli-fərqli fikirlərlə, sözlərlə. Düzünə qalsa, bu cür yazmağımın, yazıya buyanaşmağımın səbəbini heç fikirləşməmişəm də. Eləcə içimdən keçib... ilkcümləsindən başlayıb sonuncu nöqtəsində bir də görmüşəm ki, yazını bitirmişəm.Bütün o yazdıqlarımın təkcə ikisini yəqin ki, oxucular yadlarında saxlayıblarvə yaxud da xatırlayırlar. Onlardan biri mənim tələblik illərimə təsadüf edirg

DövlətUniversitetində oxuyurdum. O vaxtlar «Lenin tərbiyəsi uğrunda» adlı universitetqəzeti var idi. Qəzetdə işləyirdim. Bu mənə həm maddi cəhətdən köməklik idi,həm universitetin, eləcə də universitetin məzunları ilə əlaqələr qurmaqda, həmdə ürəyimdəkiləri yazmaqda. Bax, həmin günlərin birində qəzetin redaktoru, çoxhörmətli Ağamusa Zeynalov mənə tapşırıq verdi:

- Dədə,Cəmil müəllimlə əlaqə saxla, qəzetimizin yubileyi ilə bağlı ürək sözləriniöyrən.

Adətənişçilərinə «dədə» deyə müraciət edən Ağamusa müəllim sözünü başa çatdırmamışhiss etdi ki, ona maraqla baxıram. Açığını deyim ki, onun söylədiyi ad mənə tanış, doğma olsa da,ancaq hansı Cəmil müəllimdən söhbət getdiyini bilmirdim. Deyəsən, Ağamusamüəllim ürəyimdən keçənləri hiss etdi vəbir az qınaq dolu təbəssümlə dedi:

- Dədə,bizim Cəmil müəllim deyirəm. Sənin də kəndçin, həmyerlində!..

Artıqsöhbətin kimdən getdiyi mənə bəlli oldu. Bildim ki, Cəmil Əlibəyovun telefonunuaxtarıb tapmalıyam, onunla görüşməliyəm. Dostların, tanışların vasitəsi iləkinostudiyanın nömərsini tapdım. Onda Cəmil Əlibəyov Azərbaycanın bu möhtəşəmünvanına, Cəfər Cabbarılının adını daşıyan kinostudiyaya rəhbərlik edirdig

Mən Cəmilmüəllimlə görüşə tələsdim. Cəmi beş dəqiqə vaxtını aldım. Amma bu beş dəqiqəömrümə, yaddaşıma yazıldı. Onun səmimiyyəti, qarşısındakı şəxsin kimliyindənasılı olmayaraq, göstərdiyi mehribanlıq, hətta bir tələbəni çaya qonaq etməsiyenicə böyük söz dünyasına qədəm qoyan, daha doğrusu, bu istəkdə olan mənimüçün çox böyük diqqət, çox böyük ehtiram idig

İkinci dəfəmən Cəmil müəllim haqqında «Ədalət» qəzetində yazı yazdım. Onda da elə indiolduğu kimi, yazını yazmağımın təşəbbüsçüsü millət vəkili Aqil Abbas oldu. Sözarasımənə dedi ki, Cəmil müəllimin 75 yaşı olurg Bu sözlər mənə bəs etdi və mənCəmil Əlibəyov haqqında bildiklərimi, eşitdiklərimi, ondan oxuduqlarımı gözümünönünə gətirdim, yenidən təkrarladım, xatirələrə daldım. Hətta Cəmil müəllimindoğulduğu kəndi, lap elə onun dünyaya gəldiyi evi, ocağı yaddaşımda təkrarziyarət elədim. Həmin arada Füzulirayonunun qaim-qədim kəndlərindən olan Dədəlini bir kino lenti kimigözümün önündən keçirdim. Bu kənddə Əlibəyovlara aid o mülkün həyət-bacasınıgəzib dolaşdım. O mühitdə mənə süfrə açan, məni qonaq kimi əzizləyən mərhumAyaz müəllimi xatırladım. Yeri gəlmişkən deyim ki, zamanında sözünün kəsəriilə, şəxsiyyəti ilə çoxlarımızın öyündüyü Ayaz Əlibəyov əsl bəy oğlu bəy, əslkişi oğlu kişi idi. Çünki o, «ot kökü üstə bitər» atalar sözünün canlınümunələrindən biri idi. Mən bu həyətdə gördüyüm gülləri, çiçəkləri kom halındabaşqa həyət-bacada görməmişdim və bu gün də görməmişəm. Cəmil müəllimin bu ataocağında yüz illiklərin oturuşmuş bir adəti, bir qayda-qanunu heç bir diqtəsiz,heç bir təsirsiz, özü öz axarı ilə davam edirdi...g

Mənim Cəmilmüəllimin yubileyi ilə bağlı yazdığım o ikinci yazı bilmirəm necə alındı, ammaonun oxucusu, onun həmyerlisi, onun soydaşı kimi çalışdım ki, əsərlərininiçərisindən baxıb Cəmil müəllimə öz oxucu sevgimi çatdırım. Yenə səmimi etirafedim ki, o yazının necə alındığını heç indi də xatırlamıram. Bircə yaddaşımda oqalıb ki, həmin vaxt, daha doğrusu, yazı çap olunandan sonra o illərdə başredaktorluq edən Aqil Abbas mənə Cəmil Əlibəyovun təşəkkürünü çatdırdı. Təbiiki. bu Cəmil müəllimin soyundan, kökündən gələn bir ağayanalıq, bir diqqət idi.Ola bilsin ki, mənim yazım bəlkə də həmin günlərdə yubilyara ünvanlanmıştəbriklərin sırasında ən sonuncu yerdə dayanmışdı. Amma buna baxmayaraq, Cəmilmüəllim öz böyüklüyünü ortaya qoymuşdu və bu mənim üçün çox böyük qiymət idig

Bugününoxucusu, daha doğrusu, bu günün gəncliyi ola bilsin ki, Cəmil Əlibəyovu o qədərdə yaxşı tanımır. Ona görə də mən bir balaca keçmişə. Cəmil müəllimin tərcümeyi-halınaüz tuturam. Xatırlatmaq istəyirəm ki, Cəmil Ədil oğlu Əlibəyov 1927-ci ildekabr ayının 5-də Füzuli rayonunun Dədəli kəndində doğulub. Çox qədim birnəslin, bir kökün davamçısı olan Cəmil müəllim ağır uşaqlıq, çətin yeniyetməlikdövrü yaşayıb. Atası bolşeviklərin represiya maşınından canını qurtarmaq üçünAraz çayının o biri tayına keçməyə məcbur olub. Anası Ziba xanım övladlarınıböyük çətinliklərlə böyütməyə məcbur olub. Kulak uşaqları olan Cəmil müəllim,eləcə də onun digər ailə üzvləri dövrün ən sərt sınaqları ilə qarşılaşıblar.Təsəvvür edin ki, bolşeviklər Cəmil müəllimin ata mülkünü məktəb ediblər, ammabu məktəbdə Cəmil müəllimə oxumağa imkan verməyiblər. Çünki o, qolçomaq övladıidi, bəy oğlu idi. Buna baxmayararq, Allah Cəmil müəllimə fitri bir istedad,qabiliyyət vermişdi, onu bolşeviklər Cəmil müəllimn əlindən almaq gücündədeyildilər. Bu haqsızlığın qarşılığı olaraq Cəmil müəllim dayılarının yardımıilə elə evdəcə təhsil aldı, yazdı, oxudu, öyrəndi. Onun hazırlıq səviyyəsinigörüb ali məktəbə qəbul etdilər. Burada da bədxahlar dinc dayanmadı, burda dayazıb-pozdular. Dövlət universitetinin sonuncu kursunda, şərqşünaslüqfakültəsində oxuyan Cəmil müəllimi universitetdən kənralaşdırdılar. O dözdü, omübarizə apardı və nəticədə qalib gəldi və universitetə bərpa olndu. Təhsilinibaşa vurandan sonra onu «Azərbaycan gəncləri» qəzetinə işə qəbul etdilər. Bu,1949-cu il idi. Çox qısa müddət işlədi. Yenə yazdılar, yenə Moskvanı, Bakınıqarışdırdılar və yenə də Cəmil müəllimi işdən uzaqlaşdırdılar. Çünki o, bəyoğlu idi. Stalinin ölümündən sonra Cəmil müəllim yenidən «Azərbaycan gəncləri»qəzetindəki işinə qayıtdı. Qısa bir müddətdə kiçik ədəbi işçidən baş redaktorvəzifəsinə yüksəldi. Məhz Cəmil Əlibəyovun dövründə onun istedadının, rəhbərlikməharətinin nəticəsində 20 min tirajla çıxan «Azərbaycan gəncləri» qəzeti artıq450 min tirajla çap olunurdu. Azərbaycan kimi balaca bir respublikada gənclərəaid 450 min tirajlı qəzetin çap olunması elə-belə asan məsələ deyildi. Buməsələni Cəmil Əlibəyov həll etmişdi, bu qabiliyyəti Cəmil Əlibəyov ortayaqoymuşdu!

Burda birməqamı da xatırladım. Cəmil Əlibəyovun baş redaktor olduğu illərin qəzetlərinipaytaxtımızın ən böyük kitabxanası olan Axundov kitabxanasında dəfələrləvərəqləmişəm. Mətbuatdakı rəngarəngiliyin, mətbuatın oxucu ilə təmasını,əlaqələrini onun səhifələrində rahatca görmüşəm, izləmişəm. Bir oxucu kimi, biryazı-pozuya meylli adam kimi görmüşəm ki, Azərbaycanın ən ucqar kəndlərindən də«Azərbaycan gəncləri» qəzetinin ünvanınaməktublar gəlib, oxucu arzuları, oxucu istəkləri çatdılıb. Bu qəzet-oxucu körpüsünü məhz CəmilƏlibəyov yaratmışdı. Ona görə də Cəmil Əlibəyov məktəbini keçənlər, tez-tezdeyldiyi kimi, Cəmil Əlibəyov «şinelindən» çıxanlar qəzeti də, qəzetçiliyi də,jurnalistikanı da uca tutublar, həmişə seviblər, həmişə sevdiriblər. Bu gün də «Azərbaycangəncləri» qəzetinin adı gələndə ilk xatırlanan imza sahibi kimi CəmilƏlibəyovun adı yada düşür.

Cəmilmüəllim Azərbaycan ictimaiyyətinə təkcə jurnalist, qəzetçi, publisist kimi deyil, həm də yazıçı, dramaturq, ssenaristkimi də çox yaxşı tanışdır. Onun 50-yə yaxın kitabı ölkə daxilində, sovetlərdönəmində Azərbaycanın hüdudlarından kənarda böyük tirajla çap olunub. Biroxucu kimi onun sevə-sevə oxuduğum «Mənimanalı dünyam», «Sınaq», «Həyatın özü», «İlk məhəbbət», «Qış məcarası»romanları, çoxlu sayda hekayə və povestləri bu gün də mənim oxucu yaddaşımdadərin iz buraxıb. Burda bir məqamı xüsusi qeyd etməliyəm ki, Cəmil müəllim özyaşadıqlarını, öz müşahidələrini yazan yazıçıdır. Ona görə də əsərləri maraqlaqarşılanıb, maraqla da oxunubdu. Üstəlik, onun kinostudiyaya rəhbərlik etdiyiillərdə Azərbaycan kinosunun çox byöük sıçrayışlar etməsi danılmaz bir faktdır.Məhz həmin illərdə dalbadal, bu gün də maraqla izlədiyimiz bədii filmlərçəkilib. Onların arasında «Dədə Qorqud», «Babək», «Tütək səsi», «Dərviş Parisipartladır», «Qaynana», «Ad günü», «İstintaq», «Papaq» və digər filmlər onminlərlə tamaşaçının sevgisini və rəğbətini qazanıbdır.

Ümumiyyətlə,Cəmil Əlibəyov istər qəzetdə, istər kinostudiyada, istər AzərbaycanTeleviziyası və Radiosu Komitəsində sədr müavini işləyəndə, istər «Kommunist»qəzetinə rəhbərlik edəndə öz böyük potensialını xalq üçün sərf etməkdənçəkinməmişdir. Bu gün də Azərbaycan radiosunun bazar günləri səslənən «Bulaq»verilişi də məhz Cəmil Əlibəyovun xidmətlərinin nəticəsidir.

Bəli, mənAzərbaycanın çox dəyərli bir ziyalısı, necə deyərlər, öz böyüklüyünü böyüklüksəviyyəsində saxlamağı bacaran Cəmil Ədil oğlu Əlibəyov haqqında ürəyimdəngəlib keçənlərin bir qismini onun 85 illik yubileyinə hədiyyə edirəm. Bilmirəm,bu hədiyyə layiqli alındı, yoxsa yox, bir onu bilirəm ki, Cəmil müəllim böyük ziyalıdır,dəyərli kişidir, böyük qəzetçidir, böyük söz adamıdır. Böyüklük Allahdanverilən paydır. Zənnimcə, Allahın verdiyi bu böyüklük Cəmil Əlibəyovun halaltituludur. Mən onun 85 illik yubileyini təbrik edir və qalan ömrünü də buböyüklüklə yaşamağı arzu edirəm.

ƏbülfətMƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV