adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Noyabr 2021 11:00
1160
DÜNYA
A- A+

ABŞ-dan Tiflisə Saakaşvili ilə bağlı çağırış

Vaşinqton Gürcüstan hakimiyyətini sabiq prezident Mixail Saakaşvili ilə ədalətli və ləyaqətli şəkildə, beynəlxalq normalara uyğun davranmağa çağırır.

Adalet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays deyib.

O bildirib ki, ABŞ baş verənləri izləyir və Gürcüstan hakimiyyətini Saakaşvilinin fiziki və mənəvi sağlamlığı üçün tədbirlər görməyə dəvət edir.

“Vaşinqton Saakaşvilinin adekvat tibbi yardım almasına şərait yaradılacağını gözləyir”, - Prays qeyd edib.

Xatırladaq ki, 1 oktyabrdan aclıq elan edən Saakaşvilinin müalicəsi üçün türmə həbsxanasının təchizatı uyğun görünməsə də, Gürcüstan Ədliyyə Nazirliyi onun mülki xəstəxanaya köçürülməsinə imkan vermir.