adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Noyabr 2021 09:28
868
DÜNYA
A- A+

Prays: "Bayden Ərdoğana aydın şəkildə bunu dedi..."

Romada keçirilən G-20 sammitində Prezident Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana S-400 hava hücumundan müdafiə sistemləri ilə əlaqədar narahatlığını çatdırıb.

Adalet.az xəbər verir ki, bu açıqlama ilə Dövlət Departamentinin sözçüsü Ned Prays çıxış edib.

"Prezident Bayden tərəfdaşlığımızı və Türkiyənin NATO tərəfdaşı kimi əhəmiyyətini bir daha təsdiqlədi. Eyni zamanda, bu görüşdə o, Türkiyənin Rusiyanın S-400 sistemlərinə malik olması ilə bağlı narahatlığımızı Ərdoğana aydın şəkildə çatdırdı.

Biz Rusiyanın S-400-lərinin mövcudluğunun nəticələrini Türkiyənin F-35 proqramında iştirakı kontekstində aydın şəkildə müəyyən etmişik”, - Prays söyləyib.

Qeyd edək ki, G-20 sammiti 30-31 oktyabrda İtaliyanın paytaxtı Romada keçirilib.