adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Noyabr 2021 16:57
1015
DÜNYA
A- A+

Liviya Rusiyaya arxalanır

Liviya prezidentliyinə namizəd Fəhti Başaqa qələbə qazandığı halda Rusiyia ilə əməkdaşlığa ümid edir.

Fəhti Başqa əvvəllər Liviyanın Milli Barışıq hökumətində daxili işlər naziri vəzifəsini daşıyıb.

Liviyanın nüfuzlu siyasətçilərindən biri Moskvada və 2020-ci ildə Berlinlin konferansında keçirilən  dördtərəfli görüşlərdə Rusiyanın pozitiv rol oynadığını bildirib.

"Biz Rusiyadan  Liviyada keçiriləcək parlament və prezident seçkilərində də eyni mövqe göstərməyə çağırırıq... Gələcəkdə də bir sıra sahələrdə əməkdaşlığa ümid edirik"- deyə Başqa bildirib.

2011-ci ildə Müammar Qəddafinin hakimiyyətdən devrilməsindən sonra Liviya faktiki olaraq  vahid dövlət kimi fəaliyyətini itirib. Son illərdə Tripolidə yerləşən milli barışıq hökunətinin rəhbəri Fayez Sarracla, Liviyanın şərqində yerləşən, milli ordunun dəstəklədiyi marşal Həlifə Həftar arasında qarşıdurma baş verirdi. 

BMT bayrağı altında Cenevrədə keçirilən Liviya siyasi qüvvələrinin forumunda dövlət başçısının seçilməsi məqsədilə ümümmilli seçkilərin keçirilməsi üçün keçid hökuməti yaradıldı və bu il 24 dekabrda prezident seçkilərinin keçirilməsi qərara alındı. Liviyalı biznesmen və siyasətçi Əbdülhəmid Dbeyba keçid hökumətinin rəhbəri seçildi.
  
Rüstəm Hacıyev