adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
02 Noyabr 2021 11:04
809
DÜNYA
A- A+

Gürcüstanda daha 47 nəfər koronavirusdan öldü

Gürcüstanda son sutkada koronavirusa 5 553 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da Gürcüstanda indiyədək COVID-19-a yoluxanların sayı 726 941-ə, ölənlərin sayı isə 10 136-ya yüksəlib.

Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 4 223 nəfər artaraq 669 822-yə çatıb.