adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Oktyabr 2021 12:28
653
DÜNYA
A- A+

Rusiya hökuməti tənqid olundu

ABŞ-ın Dövlət Departamenti və onlarla tərəfdaş dövlətlətləri, Rusiya hakimiyyətini müstəqil KİV-lərin jurnalistlərini sıxışdırmaqda günahlandıran bəyənatla çıxış ediblər. 
 
"Aşağıda imza edən KİV-lərin azadlıq Koalisiyasının üzvləri, Rusiya hökumətinin müstəqil KİV-lərin jurnalistlərini sıxışdırdıqlarına görə qınayır. KİV-lərin müstəqil fəaliyyət göstərməsi azad və açıq cəmiyyətdə effektli işləmələri, həmçinin insan haqlarının və azadlıq bazasının müdafiə olunması üçün vacib amildir- deyə dövlət departamentinin yaydığı bəyənatda bildirilir.
 
ABŞ -dan başqa bu sənədi Avstraliya, Kanada, Çexiya, Fransa, Almaniya, Yunanıstan, İslandiya, Latviya, Niderland, Yeni Zelandiya, Şimali Makedoniya, Slovakiya, Sloveniya, Ukrayna və Böyük Britaniya dövlətləri imzalayıblar.
 
"Biz qətiyyətlə Rusiyanı insan haqlatı üzrə üxərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, həmçinin KİV-lərə hörmətlə yanaşmağa və onların normal fəaliyyətinə şərait yaratmağa çağırırıq".

Rüstəm Hacıyev