adalet.az header logo
  • Bakı 7°C
27 Oktyabr 2021 17:14
1144
İDMAN
A- A+

Dünya və Avropa mükafatçısı milliyə məşqçi təyin olundu

Cüdo millimizin sabiq kapitanı Nicat Şıxəlizadə yeniyetmələrdən ibarət millimizə məşqçi təyin olunub.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, bu ay 33 yaşa adlayan idmançı avqustda karyerasını bitirib.

Dünya və Avropa mükafatçısı, Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Şıxəlizadə bundan sonra yeniyetmələrdən ibarət millimizdə məşqçi işləyəcək.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin zabiti olan Nicat Şıxəlizadə yaxınlarda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Menecment” ixtisası üzrə bakalavr dərəcəsini bitirib.