adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Oktyabr 2021 11:03
1057
İQTİSADİYYAT
A- A+

Azad olunmuş ərazilərin bərpasına 2.2 milyard ayrılacaq

Gələn il işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılması planlaşdırılan vəsaitin həcmi açıqlanıb.

“Adalet.az”-ın məlumatına görə, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

2021-ci ilin dövlət büdcəsindən isə bu istiqamətdə 2 milyard manat vəsait ayrılmışdı.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

 

İLTİFAT