adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Oktyabr 2021 10:54
1403
ŞOU-BİZNES
A- A+

Ərlərindən bahalı hədiyyə alan şou-biznes nümayəndələri: Rəqsanə, Şəbnəm, Sevda...

Artıq çoxdan dəb halını almış nümayişkaranə "hədiyyə bağışlamaq prosesi" günü-gündən daha da rəqabətli hala dönüşüb. Bu prosesi "önəmli" edən məşhur şou-biznes nümayəndələridir -desək yanılmarıq.

Məsələn, rusiyalı məşhur cütlük Vera Brejneva və Konstantin Meladze evliliklərinin növbəti ildönümünü qeyd edib.
Adalet.az rus mediasına istinadən xəbər verir ki, 2015-ci ildə İtaliyada evlənən cütlük bu dəfə də özəl günlərini fərqli qeyd etməyə çalışıb.
Vera sosial şəbəkədə paylaşım edərək, hisslərini izləyiciləri ilə bölüşüb. O bildirib ki, uzaqda olsa da, ərinin yanına uçacaq və gecəni birlikdə keçirəcəklər.
Konstantin özəl gün münasibətiylə Brejnevaya brilyant üzük bağışlayıb. 1,74 əyyarlı üzüyün dəyəri 1,7 milyon rubldur.
Mayk Taysonun həyat yoldaşı üçün aldığı qızıldan vanna
Məşhur boksçu Mayk Tayson bir neçə dəfə ailə həyatı qurub. Lakin onun ən  çox sevdiyi qadın Robin Givens olub.Onlar boşandıqdan sonra da ona qarşı olan hissləri heç dəyişməyib. Sevdiyi xanımı tez-tez ziyarət edərək, onunla boş vaxtlarını keçirən boksçu xanımı sevindirmək üçün ona 2 milyon dəyəri olan qızıldan vanna hədiyyə edir. Lakin bu dəyərli hədiyyə belə onların münasibətlərini bərpa edə bilmir və tezliklə cütlük tamamilə ayrılır.

 

 Dünya mediasında da belə xəbərlərə tez-tez rast gəlinir

Tanınmış aktrisa Nikol Kidman 2006-cı ildə müğənni Keith Urban ilə ailə həyatı qurur. Uzun illər ərzində ana olmaq istəyində olan aktrisa hamilə olduğunu öyrənəndə bütün film təkliflərini rədd edir və özünü analığa həsr edir. Bu körpə Urbanın da ilk övladı idi. Qızı Sandey Rouz dünyaya gələndə musiqiçi, Nikola brilliantlarla bəzədilmiş ağ, sarı və çəhrayı qızılla işlənmiş 73 min dollar dəyərində Cartier Trinity üzüyünü hədiyyə edir. Bu qeyri-adi üzüyün hər bir halqası bir məna kəsb edir: ağ qızıl dostluğu, sarı qızıl sadiqliyi, çəhrayı isə sevgini tərənnüm edir.

Milyonların sevgisini qazanan müğənni Maria Karrie həyat yoldaşı olan milyonçu Nik Kannondan tez-tez bahalı hədiyyələr alır. Belə hədiyyələrdən biri, Maria uçün alınan Rolls-Royce Phatomdur. Həmin  avtomobilin qiyməti 400 min dollardır.
2011-ci ilin aprel ayında müğənninin Morokkana və Monro adında əkiz övladı dünyaya gəlir. Həyat yoldaşı, musiqiçi Nik Kannon, yeni ana olmuş həyat yoldaşına sürpriz etmək  istəyirdi. O bilirdi ki, Maria zinət əşyalarını çox sevir  və  onun çox orijinal və bahalı daş-qaşları çoxdur  deyə, həyat yoldaşına  xüsusi fantaziyası ilə seçilən bir zinyət əşyası hədiyyə edir.  Kannon çəhrayı və ağ brilliantlarla bəzədilmiş oğlunun və qızının adları həkk olunmuş boyunbağını sevdiyi qadına təqdim edir.Həmin boyunbağının qiyməti 1.5 milyon dollardır.

 Yerli məşhurlar


Medianın məlumatına görə, yerli şou-biznes nümayəndələrindən  ən bahalı hədiyyəni  yalnız müğənni Rəqsanə həyat yoldaşından alıb. Cütlük Moskvadakı bağ evində romantik şam yeməyi yeməklə kifayətləniblər.  R.İsmayılova həyat yoldaşının ona ad günü münasibətilə “Bentley” markalı avtomobil bağışladığını da deyib.
 Daha sonra müğənni Şəbnəm Əsədovaya həyat yoldaşı sürpriz edib. Əri Şəbnəmə BMW X6 markalı bahalı avtomobil hədiyyə edib. 
 Müğənni Sevda Kazımovayaı həyat yoldaşı “Dodge” markalı hədiyyə edib.

 Əntiqə Rəşid