adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Oktyabr 2021 10:54
1945
ŞOU-BİZNES
A- A+

Gülyanaq Məmmədova toyundan bir gün əvvəl niyə qaçıb?

Tanınmış xanəndə xalq artisti Gülyanaq Məmmədova ATV-nin “1 dəqiqə” proqramının qonağı olarkən sensasiya xarakterli etiraf edib.

Xalq artisti anasının çıxışı zamanı göz yaşlarını saxlaya bilməyən xanəndə bildirib ki, toyuna bir gün qalmış qaçıb...

“30 il əvvəl olub. Bir il nişanlı qalmışıq. O demək deyil ki, dayım oğlunu qoyub qaçmışam. Onlar indi də mənim doğmalarımdı. Arzularımın arxasınca getmişəm. Dayım oğlu mənlə nişanlı olduğu zaman məni sevirdi. Mən də onu dayım oğlu kimi sevirdim. Bir həftə sonra üzə çıxdım. Çatdım arzularıma. Atam gəlib məni qucaqladı. Dedi ki, biz böyüklərin də həyatda səhvi olur. Gərək səni başa düşərdik”,- deyə xalq artisti bildirib.

 

AYXAN