adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Oktyabr 2021 12:14
1301
ELM VƏ TƏHSİL
A- A+

NASA-nın “məşhər”, “dünyanın son günü”proqnozlarının  planet sakinlərinə təsiri: PSİXOLOJİ TRAVMA 

 Dünyanın son 5 ildə mənzərəsi xeyli dəyişikliyə məruz qalıb. Xəstəliklər, epidemiyalar, münaqişə və müharibələr, avtomobil, qatar, təyyarə  qəzaları, yanğınlar,  terror hadisələri və sair insan əli ilə baş verən bütün faciəli  hadisələr kifayət qədər insan həyatının məhvinə səbəb olur. Hələ kasıbçılığın, qaçqınçılığın, dilənçiliyin, orqan mafiyasının fəaliyyətini, narkotika ticarətinin yüksəlməsinin insanların həyatına vurduğu gündəlik zərbələri yazmırıq. 


 Bir də təbii fəlakətlərin: zəlzələ, vulkan püskürməsi, sel, daşqın, torpaq sürüşməsi, sunami və sairin  artımını da bu siyahıya əlavə etsək, yaşamağın ağırlığını-acısını, verdiyi travmanı təsəvvür etmək çətin olmaz.
Hər gün həyatımızın bitməsi qorxusu ilə yaşamaq çox cansıxıcı olsa da NASA - Aeronavtika və Kosmos İdarəsidə bir yandan verdiyi praqnozla planet əhalisini depressiyaya salmaq üçün əlindən gələni əsirgəmir.

Adalet.az xəbər verir ki,  NASA bu ilin mart ayında verdiyi açıqlama planet sakinlərinin psixoloji durumuna təsirsiz ötüşmədiyi qənaətindəyik.Sentyabrın 15-dən 28-nə qədər olan dövrdə Yer kürəsinə on milyonlarla insanın ölümünə səbəb ola biləcək bir asteroidin düşəcəyi haqqında xəbər yayıldı.


İngiltərənin "The Mirror" qəzeti yazdı. Nəhəng səma cisminin ABŞ-ın Puerto-Riko şəhərinə düşəcəyi qeyd edilib. Bildirilib ki, bu cür asteroid Atlantik okeanı boyu 90 metr yüksəkliyində sunamiyə səbəb olacaq. Bu isə İngiltərə, İspaniya, Hollandiya və Amerikanın şərq sahilinin böyük bir hissəsini yerlə yeksan edəcək. Nəticədə 30 milyon insan məhv olacaq, dünyada xaos yaranacaq. Ümumilikdə səma cisminin planetimizlə toqquşması nəticəsində 40 milyon insan həlak olacaq. 
"The Mirror" müqayisə üçün bildirib ki, vaxtilə belə nəhəng səma cisminin Yerə düşməsi nəticəsində planetdəki dinozavrlar məhv olub.
 Dünyanın yarıdan çoxu həyəcanla həmin günü gözlədi. Gün yetişdi. Amma nəinki səma cismi düşmədi, sunami olmadı, hətta deyilən ərazilərdə heç külək də əsmədi.
 
Sentyabr “məşhər”inin baş tutmadığına əmin olan NASA proqnozunu oktyabrın əvvələrində yenilədi:  Güclü Günəş fırtınasının planetimizə təsir edəcəyi gözlənilir. Fırtına xüsusilə elektrik şəbəkələrinə təsir edəcək. Günəş alovları və tac kütləsi atışları meydana gəldikdə elektrik keçirici plazmanın şiddətli partlaması baş verir.
ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) gözlənilən fırtınanı "G2" kimi dərəcələndirib. Yəni fırtına gücünün orta dərəcədə olacağı bildirilir.


Qeyd edək ki, dünyaya təsir edən ən böyük Günəş fırtınası 1859-cu ildə müşahidə olunub. Həmin il baş verən bu fırtına planetimizdə ciddi elektromaqnit problemlərin yaranmasına səbəb olaraq, Yer kürəsini iflic edib. R. Ç. Karrinqton tərəfindən müşahidə olunan bu hadisəyə "Karrinqton SuperFlam" da deyilir. Digər mülayim günəş fırtınaları isə 1958, 1989 və 2000-ci illərdə olub”.
 Bu xəbəri həyəcanla, iztirabla gözləyəyərkən, NASA bu gün növbəti “məhşər”ini elan etd və planetimizə yaxınlaşan 7 asteroidlə bağlı açıqlama verib.
NASA-nın hazırladığı hesabatda bu asteroidlərdən birinin Nyu-Yorkun simvolik tikililərindən biri olan “Empire State” ilə eyni ölçüdə olduğu bildirilib.
2004 UE adlı asteroidin noyabrın 13-də Yerə ən yaxın mövqeyə gələcəyi deyilib.
Yer üçün təhlükəli sayılan ən az 26 000 asteroid var. Bu göy cisimlərindən birinin yolunun dünya ilə kəsişməsi fəlakətə səbəb ola bilər. Elm adamları bu nəhəng kosmik cisimlərin nəzəri olaraq Yer kürəsinə çırpılacağı təqdirdə fəlakətli zərərə səbəb ola biləcəyini bildirirlər. Amma NASA-nın açıqlamasında sözügedən asteroidlərin hələlik belə bir risk daşımadıqları vurğulanıb.

 

Nəhayət...

 

 

Dünyanın sonunun təxmini tarixi 5 fevral 2040-cı il göstərilir. Alimlər fəlakət ehtimalını yüksək qiymətləndirirlər – 1:625 nisbətində.

Asteroidin Yerlə toqquşması nəticəsində milyonlarla insan həlak olacaq. Lakin bəşəriyyətin tam məhv olması baş verməyəcək. Ekspertlər həmçinin, bu toqquşmanın qarşısını almağın yolları üzərində işləyirlər. 

Variantlardan biri kimi xüsusi hazırlanmış raket vasitəsilə asteroidin trayektoriyasını dəyişmək və ya onu Yer üçün təhlükəsiz məsafəyə uzaqlaşdırmaq planı üzərində işlənilir. 

 

Nüvə silahından istifadə üsulu da nəzərdən keçirilib. Lakin bu variant bir elə uğurlu sayılmayıb. Nədən ki, o halda asteroidin qəlpələri meteorit yağışı şəklində planetimizin üzərinə səpələnə bilər. 
 NASA-nın “fəlakət”, “məşhər”, “dəhşət” proqnozundan təsirlənib, psixoloji travma alan insanların yer kürəsinin “dağılacağı” günü gözləmək imkanları sıfırdı. Çünki, qorxu hissi, stress, depressiya onsuzda həmin insanların ömrünə kifayət qədər balta çalmağı bacarır.

 Əntiqə Rəşid