adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Oktyabr 2021 11:53
2024
MƏDƏNİYYƏT
A- A+

Anar Burcəliyev: “Bu insanlar nə düşünür, nəyin fərqində olduqlarını bilirlərmi?”

“Bu insanlar nə düşünür, nəyin fərqində olduqlarını bilirlərmi ?” - bu fikirləri tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyev Qax Dövlət Kukla Teatrının sabiq direktoru Nazim Mahmudovun vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən tutduğu vəzifəsindən çıxarılması faktına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, çox maraqlı fakdır ki, bu kimi vəzifə sahibləri heç biri bu kimi əməllərindən çəkinmirlər. Düşünürlər ki, tutdu, tutdu, tutmadı babalı Sərvərin boynuna. Yəqin ki, canlarını qurtaracaq qədər imkanlarının olacağını düşündüklərindən bu kimi əmməllərinə son demirlər. Əgər belə olmasaydı yəqin ki, dərindən düşünüb, daşınmış olardılar. Maraqlı fakt buarsındadır ki, cəmi vur-tut 60 nəfərlik kollektivi olan bir müəssisədə bu kimi faktlar bəlli olursa demək ki, 140 və ya 400 nəfərdən artıq kollektivi olan mədəniyyət ocaqlarında bu kimi faktların üç qatı mövcuddur. Teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin bildirib ki, istintaq müddətində dövlətə dəymiş ziyanın tam şəkildə dövlət büdcəsinə ödənildiyindən, iş üzrə icraata cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən xitam verilməsi də düzgün deyildir. “Düşünürəm ki, ortaya məntiqdən yaranan bir sual da çıxır.

Əgər ki, bu vəsaiti mənimsəmişsənsə demək ki, illərdir ki, dədə malı kimi xərcləməklə məşğulsan. Bəs yenidən bu bəlli olan məbləği haradan əldə edib dövlət büdcəsinə qaytarmış olursan? Maraqlı deyilmi? Yoxsa illərdir mənimsədiklərini seyflərdə qoruyub saxlayırsan? Düşünürəm ki, bu məqamı da daha dərindən fikirləşməklə qanunun aliliyi qarşısında cavab verməlidirlər. Bu tip şəxslərin bağışlanması belə deyərdim ki, özü cinayətdir. Karrupsioner cəzasız qaldıqda qanunun aliliyi kölkədə qalmış olur” – deyə tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyev bildirib.