adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Oktyabr 2021 11:30
503
GÜNDƏM
A- A+

Britaniya səfiri Azərbaycanı təbrik etdi - Video

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib.

Adalet.az xəbər verir ki, səfir Şarp bu barədə rəsmi Tvitter səhifəsində paylaşım edib.

“18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycandakı dostlarımızı təbrik edirəm. Bu il Azərbaycan Müstəqilliyinin Bərpasının 30-cu ildönümünü qeyd edir. Öz tarixində yeni səhifə açır. Böyük Britaniya və Azərbaycan arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur. Biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq”, - səfir bildirib.