adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Oktyabr 2021 10:41
620
SİYASƏT
A- A+

ABŞ Gürcüstanın müdafiə qabliyyətinin gücləndirilməsinə kömək etməyə hazırdır

ABŞ Gürcüstanın müdafiə qabliyyətinin gücləndirilməsinə kömək etməyə hazırdır

Adalet.az  xəbər verir ki, ABŞ -ın müdafiə naziri Lloyd Ostin Gürcüstanda səfərdədir. O bəyan edib ki, Birləşmiş Ştatlar Gürcüstanın müdafiə qabliyyətinin gücləndirilməsinə kömək etmək niyyətindədir.
  "Birləşmiş Ştatlar Gürcüstanın avro-atlantik alyansına inteqrasiyasına dəstək olmaq üçün onun müdafiə qabiliyyətinin gücləndirilməsinə kömək etmək niyyətindədir. Bununla bağlı görüşlər keçiriləcəyini çox istəyirəm"- deyə Ostin Twitter səhifəsində yazıb.
  Daha əvvəl Pentaqon bildirmişdir ki, ABŞ müdafiə naziri Gürcüstana və Rumıniyaya səfərləri zamanı Qara dənizdə təhlükəsizliyin təmin olunması məsələlərini müzakirə edəcək. Pentaqon rəhbəri həmçinin bəyan etməlidir ki, NATO-nun qapıları Gürcüstan və Rumıniya üçün açıqdır.

Rüstəm Hacıyev