adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Oktyabr 2021 10:27
953
SİYASƏT
A- A+

Kuril adaları mübahisəsi davam edir 

Kuril adaları mübahisəsi hələ də davam edir

Adalet.az xəbər verir ki, Tokio hesab edir ki, Kuril adalarının kimə məxsus olması ilə bağlı Rusiya ilə məsələni gələvək nəsillərə buraxmaq lazım deyil. Bu barədə Yaponiya hökumətinin baş katibi Xirokadzu Masuno bəyan edib.
  O xatırladıb ki,  19 oktyabr 1956-cı il sovet-yapon deklarasiyaı iki ölkə arasında diplomatik əlaqələrin bərpa olunması və gələcək sülh müqaviləsinin bağlanması üçün şərait yaratmışdı. Siyasətçinin sözlərinə görə, deklarasiyanın imzalanmasının ildönümündə ərazi mübahisələlərinin həll edilməsi məsələsinin vacibliyi bəyan edilməlidir.


 "Hökumət hesab edir ki, Rusiya ilə sülh müqaviləsi bağlanması məsələsinin  həll edilməsini gələcək nəsillərə saxlamaq düzgün olmaz. Tezliklə dörd adanın kimə məxsus olması məsələsi həll olunmalı və sülh müqaviləsi bağlanmalıdır. Hökumət bu istiqamətdə işlərini davam etdirəcək və 2018-ci ildə Sinqapurda əldə olunan razılaşmalar üzərinə çəlışacaq"- deyə Masuno əlavə edib.
  Moskvanın Kuril adaları ilə bağlı mövqeyi isə belədir ki, dörd ada İkinci dünya müharibəsindən sonra SSRİ -nin təkibinə qatılıb və Rusiyanın Kuril adaları üzərində suverenliyi müzakirə mövzusu ola bilməz.

Rüstəm Hacıyev