adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Oktyabr 2021 09:06
509
İQTİSADİYYAT
A- A+

Novak: "Bu kəmər qaz bazarını sabitləşdirə bilər" 

Şimal Axını-2 qaz kəmərinin istismara verilməsi qaz bazarındakı vəziyyəti sabitləşdirməyə kömək edə bilər.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

"Əlbəttə ki, Şimal Axını-2 daxil olmaqla, yeni infrastrukturun istifadəyə verilməsi bu vəziyyətin öhdəsindən daha sürətlə gəlməyə kömək edəcək amillərdən biridir. Şimal Axını-2 qaz kəməri Baltik dənizindən Almaniyaya qədər uzanır və ildə 55 milyard kubmetr qazötürmə qabiliyyətinə malik iki xətdən ibarətdir", - deyə o bildirib.