adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Oktyabr 2021 17:01
1016
SAĞLAMLIQ
A- A+

Koronaya yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1681 yeni yoluxma faktı qeydə alınıb, 675 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 500 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 477 639 nəfər müalicə olunaraq sağalıb, 6 746 nəfər vəfat edib. 15 926 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 168, bu günə qədər isə ümumilikdə 5 014 141 test icra olunub.