adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Oktyabr 2021 15:59
725
SİYASƏT
A- A+

Taliban nümayəndələri Özbəkistana səfər etdi

Əfqanıstanın müvəqqəti hökumətinin rəhbərinin müavini Əbdül Salam Hənəfinin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın Termez şəhərinə gəlib.

Adalet.az xəbər verir ki, bu məlumatı Özbəkistan Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, Əfqanıstan nümayəndə heyəti Özbəkistan nümayəndə heyəti ilə danışıqlar aparacaq. Özbəkistan nümayəndə heyətinə baş nazirin müavini rəhbərlik edir.

Qeyd edək ki, bundan öncə Əfqanıstan nümayəndə heyəti Türkiyəyə səfər etmişdi.