adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Oktyabr 2021 11:24
1057
SİYASƏT
A- A+

Çin ABŞ-ın neft ixracatçılarıyla danışıqları AKTİVLƏŞDİRDİ

Çinin enerji şirkətləri ABŞ-dan olan ixracatçılarla sıxılmış təbii qazın uzunmüddətli tədarükü üçün ilkin danışıqlara başlayıb.

Adalet.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, qaz qiymətlərinin artması və Çin daxilində elektrik enerjisi çatışmazlığı hakimiyyətin ölkədə yanacaq mənbələrinin defisiti ilə bağlı qorxularını gücləndirir. ABŞ-la danışıqlar aparan şirkətlər arasında “Zhejiang Energy”, “Sinopec”, CNOOC kimi korporasiyalar yer alıb. Danışıqların onlarla milyard dollarlıq müqaviləyə gətirib çıxaracağı və ABŞ-dan təbii qaz idxalını kəskin artıracağı vurğulanıb.

Çinin amerikalılarla danışıqlara 2021-ci ilin əvvəlindən etibarən başlayıb. Son aylarda isə bu danışıqlar intensivləşib.