adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Oktyabr 2021 16:03
1586
HADİSƏ
A- A+

Gerorgi Vanyan öldü - O, Azərbaycanın dostu idi...

Məşhur erməni hüquq müdafiəçisi Georgi Vanyan vəfat edib.

 Adalet.az xəbər verir ki, o, Tiflisdə COVİD-19-dan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Vanyan bir müddət idi COVİD-19-la mübarizə aparırdı. O, Tiflisdə müalicə olunurdu.

Vanyan Ermənistanda Azərbaycanla dostluq fikirlərinin təbliğatını aparan və Qarabağ savaşına görə Azərbaycandan üzr istənilməsi fikrini müdafiə edən sülhməramlı idi. O, fəaliyyəti dönəmində Azərbaycanda da bir neçə dəfə səfərdə olub. İcevan şəhərində yaşayan Vanyan Ermənistanda türk filmləri günləri festivalını təşkil edib, amma bu addımına görə Serj Sərkisyan hakimiyyəti tərəfindən təqiblərə məruz qoyulub. O, həmçinin Azərbaycanla Ermənistan cəmiyyətlərinin barışmasına yönələn Təkəli prosesinin təşkilatçılarından biri olub. Paşinyanın hakimiyyəti dönəmində də ona qarşı hücumlar dayanmayıb.