adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Oktyabr 2021 15:26
581
SAĞLAMLIQ
A- A+

 AÇIQLAMA: Peyvənd olunanların sayı... 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 417 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 071 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 138 351, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 942 003, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 196 348 təşkil edir.