DİN-dən açıqlama: Bakıda sürücülər arasında insident...
Daxili İşlər Nazirliyi (DİN) Bakıda avtobus və minik avtomobilinin sürücüləri arasında yaranan insidentə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.
“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, - Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtda fəaliyyət göstərən sərnişin avtobusunun sürücüsü ilə “Toyota” markalı 99-VF-807 dövlət nömrə nişanlı avtomobilin sürücü arasında mübahisə yaşanıb. Tərəflər bir-birinin ünvanına söyüş və ağır təhqirlər səsləndiriblər.
Digər Xəbərlər
23 Aprel 2024 12:51