adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Oktyabr 2021 10:33
9284
SAĞLAMLIQ
A- A+

Qarabaşağın faydaları: Diqqətli olun, ziyanı da var

Hamımızın “qreçka”deyə tanıdığımız qarabaşaq bitkisi əsasən dən məqsədi üçün becərilir, dəndən qiymətli və qidalı ərzaq hesab olunan qarabaşaq yarması alınır.

Adalet.az dünyanın tanınmış dərgilərinə istinadən  xəbər verir ki, qarabaşaq yaxşı dad keyfiyyətinə, qidalılığına və yüksək dərəcədə həzm olunmasına görə fərqlənir. Qarabaşağın zülalı dənli-paxlalı bitkilərin zülalından geri qalmır. Ondan bişirən sıyıq, şorba, hətta sadəcə suda isladıb yemək çox xəstəliklərdə müalicəvi təsir edir. Mütəxəssislər  həftədə 3 dəfə qarabaşaq sıyığı, yəni sadəcə suda bişmişini yeməyi tövsiyyə edir. Çünki....


 Qarabaşaq nəyə görə faydalıdır

 

1.Qanda şəkəri salır


Qarabaşaq çox aşağı qlikemik indeksə malikdir və şəkər xəstələri üçün əvəzsizdir. Nəinki şəkər xəstələri, eləcə də çox şirniyyat yeyənlər də qarabaşaq qəbul etməlidir ki, diabet olmasınlar.


2. Damarları möhkəmləndirir


Qarabaşaqda olan rutin damarları möhkəmlədir, qan dövranını yaxşılaşdırır. Ona görə qarabaşağı əməliyyat keçirmiş xəstələrə, hamilələrə tövsiyyə edirlər. Qanda xolesterini azaldır.


3. Həzmi normallaşdırır


Tərkibində olan zülal və nişasta qəbizlik və meteorizmdən xilas edir, nikotin turşusu metobolizmi normallaşdırır, piy, yağ, karbohidrat sintezini sürətləndirir.


4. Bağırsaq xərçənginə qarşıdır


Qarabaşaq bağırsaqları sağlam saxlayır, onları təmizləyir, toksinləşməyə qoymur.


5. Dəri, saçlar və dırnaqları möhkəmlədir


Sink, A və B qrupu vitaminləri dırnaq, saçları bərpa edir, parladır. Kalsium isə dişləri, sümükləri bərkidir. Rutin təbii gündənqorunma funksiyasını yerinə yetirir.


6. Sakitləşdirir, əhvalı qaldırır


Depressiya, nevroz, əsəbilikdə psixoloji vəziyyəti düzəltmək, sakitləşmək üçün tez-tez qarabaşaq yemək lazımdır.


7. Arıqladır


100 qram suda bişmiş qarabaşaqda cəmi 110 kkal vardır. Bu kifətdir ki, uzun müddət tox və enerjili qalasız. Qarabaşaq sidikqovucudur, bədəndə maye yığılmasına qarşıdır.

 

Qarabaşaq kimlərə ziyanlıdır?


Bəli, qarabaşaq bir çox vitaminlərlə zəngindir. Amma son məlumatlara görə, həkimlər onun istifadəsinə əks göstərişlərin olduğunu açıqlayıblar.
Rusiya saytları xəbər verir ki, həkimlərin fikrincə, çox faydaları olan qarabaşaq həddən artıq yeyilərsə, sağlamlıq üçün təhlükə yaradır. Bu qidadan sui-istifadə bəzi sağlamlıq problemlərini təhdid edir.  
Qarabaşağın tərkibində çox miqdarda nişasta və zülal var ki, bu da allergiyanın, habelə mədə-bağırsaq xəstəliklərinin inkişafına səbəb ola bilər. Bu baxımdan həzm problemi yaşayan insanlara bu məhsuldan imtina etsə, daha yaxşı olar. Və ən əsası qarabaşağı düzgün bişirmək vacibdir. Onu dərhal qaynatmaq deyil, üzərinə qaynar su töküb, bir gecə isladıb sonra bişirmək lazımdır. Bu vəziyyətdə qarabaşaq yarmasında olan zərərli maddələr itir.


Hamilə qadınlara və yüksək qan təzyiqi olanlara isə ümumiyyətlə, bu məhsulu yeməmək tövsiyə edilir.

Əntiqə Rəşid