Məktəbli məktubları dərc olunacaq
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olanlardan biri də şair, Vətən Müharibəsi iştirakçısı Emin Piridir.
Layihə rəhbəri olan Emin Pirinin söylədiyinə görə artıq layihənin icrasına başlanılıb.
Bununla bağlı “Zəfər klubu” yaradılıb. Zəfər klubunun yaradılmasında məqsəd istedadlı, yaradıcılıq bacarığı olan şagirdlərin üzə çıxarılmasıdır. Layihə prosesi çərçivəsində məktəblilərin Vətən Müharibəsi zamanı cəbhəyə göndərdiyi məktublar toplanacaq. Eyni zamanda yaradıcı şagirdlərin Vətən Müharibəsi ilə əlaqədar olan hekayələri cəmiyyətə təqdim olunacaq. Bu hekayə və məktublar layihə çərçivəsində müəllifin müharibə gündəliyi ilə birgə kitab halında nəşr olunacaq.
Cavid Piri
Digər Xəbərlər
24 Aprel 2024 14:10
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
24 Aprel 2024 13:27“Təhsil haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
23 Aprel 2024 18:53Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Aprel 2024 16:57Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Aprel 2024 16:28