adalet.az header logo
  • Bakı 11°C
11 Oktyabr 2021 12:53
1315
HADİSƏ
A- A+

Türkiyədə şagirdləri aparan avtobus aşıb - Ölənlər var

Türkiyənin Afyonkarahisar vilayətində ibtidai sinif şagirdlərini aparan avtobus qəzaya uğrayıb.

Adalet.az-ın məlumatına görə, avtobusun aşması nəticəsində 5 nəfər, o cümlədən dörd şagird həlak olub.

Sürücü ilə yanaşı daha bir şagird xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.