adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Oktyabr 2021 15:18
1165
ELM VƏ TƏHSİL
A- A+

Elyar islamoğlu: Valideynlər olaraq tələb edirik

Hörmətli Təhsil naziri Emin Əmrullayev

Təhsil Nazirliyi bir müddət əvvəl açıqlama vermişdi ki, ibtidai siniflərdə iş dəftərlərinə ehtiyac yoxdur. Amma məktəblər valideynləri iş dəftəri almağa məcbur edir. Üstəlik də hal-hazırda iş dəftərləri monopoliyaya alınaraq yalnız poçtlarda satılır. Valideynlər poçtla məktəbin hansı əlaqəsinin olmasını başa düşməsə də, birinci yarım il üçün Azərbaycan dili və Riyaziyyat iş dəftərlərinə 10-15 manat ödəyib almaq məcburiyyətindədir. Üstəlik iş dəftərləri yenicə məktəbə başlayan şagirdlərin əlavə yüklənməsinə, daha çox yorulmasına səbəb olur.

Əgər doğrudan da ibtidai siniflərdə iş dəftərlərinə ehtiyac yoxdursa, həmin iş dəftərləri hansısa məmurun xüsusi biznesi deyilsə, o zaman Təhsil Nazirliyi səviyyəsində qadağan edilməsini, bütün məktəblərə xəbərdarlıq olunmasını valideynlər olaraq tələb edirik.