adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Oktyabr 2021 09:49
838
HADİSƏ
A- A+

Gürcüstanda binanın çökməsinə görə üç nəfər saxlanılıb

Gürcüstanın Batumi şəhərində beşmərtəbəli yaşayış binasının bir hissəsinin çökməsi ilə əlaqədar üç nəfər saxlanılıb.

Adalet.az-ın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, saxlananlar birinci mərtəbədə yerləşən mənzilin sahibi və iki fəhlə olub.

Binanın təmir işləri zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı çökdüyü bildirilir.

Xatırladaq ki, hadisə nəticəsində beş nəfər həlak olub.