adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
08 Oktyabr 2021 12:18
764
ƏDƏBİYYAT
A- A+

“Yeddi Gözəl”in uşaqlar üçün variantının təqdimatı keçirildi

Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası “Baku International Book Fair 2021” çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasının uşaqlar üçün işlənmiş elektron kitabın təqdimat mərasimi keçirilib.

Müasir dövrün tələblərinə uyğun olaraq elektron versiyada tərtib olunmuş kitabı təqdim etməkdə məqsəd gənc nəsili Azərbaycanın və bütövlükdə Türk Dünyasının dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsi ilə yaxından tanış etməkdir.

Təqdimat mədəniyyət və incəsənət xadimlərinin çıxışları, eləcə də gənclərin ifasında Nizami Gəncəvinin əsərlərinin səsləndirilməsi ilə davam edib.

 

Günel