adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Oktyabr 2021 15:46
1720
HADİSƏ
A- A+

Azərbaycanda zəlzələ oldu

Bu gün yerli vaxtla saat 15:01-də Siyəzən stansiyasından 11 km şimal-qərbdə Şabran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Adalet.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Qeyd olunub ki, maqnitudası 3,4, dərinliyi isə 2 km olan təkanlar zəif hiss olunub.