adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Oktyabr 2021 15:11
1191
DÜNYA
A- A+

Üçüncü Dünya Müharibəsi başlaya bilər - Çin xəbərdarlıq etdi

III Dünya müharibəsi başlaya bilər.

Adalet.az “Global times”a istinadən xəbər verir ki, Vaşinqtonla Tayvan arasındakı tərəfdaşlıq vəziyyətin praktiki olaraq “qarşıdurmanın astanasında manevr üçün bütün imkanların” itirilməsinə səbəb olub.

Oktyabrın 5-də Çin ada ölkəsinin hava sahəsinə onlarla hərbi təyyarə göndərib.

Çin xalqı ABŞ-la genişmiqyaslı müharibəyə dəstək verməyə hazırdır. Tayvana “odla oynamamaq” xəbərdarlığı edilir.

Böyük Britaniyanın “HMS Queen Elizabeth” gəmisi Filippin dənizində artıq iki ABŞ təyyarədaşıyan gəmisi ilə birgə təlimlər keçib. Manevrlərdə Yaponiyanın helikopter esminesi “JS Ise” də iştirak edib.

Keçirilmiş təlimlər Pekini qəzəbləndirib.