adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Oktyabr 2021 12:40
2456
MƏDƏNİYYƏT
A- A+

Şah Mat Teatrı mövsümü “Stullar”la açacaq

Müstəqil ŞAH MAT Teatrı 5-ci teatr mövsümünü və pandemiyadan sonra ilk tamaşasını Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq.

Bu barədə Teatrın mətbuat katibi Turan Etibaroğlu məlumat verib.

Xronometrajı 50 dəqiqə olan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadədir. Tamaşa 7 oktyabr tarixində saat 19.00-da “Salaam Cinema Baku”-nun səhnəsində  tamaşaçılara təqdim olunacaq.

Absurd üslubunda hazırlanan tamaşanın qəhrəmanı uzun illərdir adada tənha yaşayır. Hər gün eyni əhvalatlardan, eyni xatirələrdən bezir və qərara gəlir ki, dünyada sağ qalmış insanları evinə qonaq çağırsın. Beləliklə, qapı döyülür və xəyali qonaqlar təşrif buyurur. Hər qonağa boş bir stul. Qonaqlar gəlməyə başlayır, səbirsizliklə gözlənilən əlahəzrət imperator da gəldikdən sonra, növbə Natiqdədir. O, bizim qəhramanın çoxdan düşündüyü və heç kəsə demədiyi sözləri çatdırmalıdır. Natiq isə...

İki personajın rol aldığı səhnə əsərində Mir Qabil Əkbərov və Fərid Vəliyev ifa edir.