adalet.az header logo
  • Bakı 20°C
06 Oktyabr 2021 12:25
828
DÜNYA
A- A+

Lavrov Blinkenlə  İranı müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov , ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı, İranın nüvə proqramı ilə bağlı birgə planın həyata keşirilməsi planının bərpa olunması məsələsini müzakirə edib. Telefon danışığı amerkan tərəfinin təşəbbüsü ilə baş tutub.

Rusiya XİN-in saytında verilən şərhdə, bundan başqa bir sıra aktual məsələlər də müzakirə edilib.Bu günlərdə ABŞ  senatorlarından bir qrupu prezident Co Baydenə müraciət edərək, əgər Moskva Rusiyadakı ABŞ səfirliyinin genişləndirilməsinə icazə verməsə, 300 rusiyalı  diplomatının ölkədən qovulmasını xahiş ediblər.  Müraciət respublikaçı senator Mark Rubionun saytında dərc olunub.

RF XİN-i ABŞ administrasiyasının belə bir addım atacağı təqdirdə, ciddi cavab tədbirləri ilə üzləşəcəyini bildirib. "ABŞ güman ki, Rusiyadakı xarici müəssisələrinin bağlanmasını istəyir. Onlar düşünməlidirlər ki, buna görə məsuliyyət onların üzərinə düşəcək"- deyə Rusiya XİN-dən bildirilir.

Rüstəm Hacıyev