adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Oktyabr 2021 15:20
2476
ŞOU-BİZNES
A- A+

İki övladı olan, "dəlixana"da yatan, özündən 12 yaş kiçik oğlana ərə gedən müğənni - Havay adalarında toy...

Oğulları 16 yaşlı Şon və 15 yaşlı  Ceydenin əlindən alınaraq ərinə verilməsindən sonra 39 yaşlı amerikalı müğənni Britni Spirs  toy tədarükünü başa vurmaq ərəfəsindədir.

Adalet.az  xəbər verir ki, Spirs yenidən ərə gedir və uşaq dünyaya gətirmək istəyir. O, 5 ildir görüşdüyü nişanlısı 27 yaşlı şəxsi məşqçisi iranlı Sem Əsgəri ilə artıq  evlənməyə qərar verib. Yaxın günlərdə  baş tutacaq toyunun detalları açıqlanıb.
Mətbuatda yayılan məlumatlara görə, mərasimin Havay adalarında keçirilməsi planlaşdırılır.

 

Cütlük məhkəmə zamanı müğənniyə dəstək olan Madonna, Mayli Sayrus kimi məşhurları da dəvət edəcək.
“Hazırda Britninin əsas prioriteti ərə getmək, uşaq sahibi olmaq, sosial həyatını qaydaya salmaq və bütün pullarının hara xərcləndiyini anlamaqdır. Gərgin bir dövr olacaq”, - deyə ifaçının yaxınlarından olan bir mənbə bildirib.
İfaçının yaxın gələcəkdə səhnəyə qayıtmağı planlaşdırmadığı, tam hüquqlu bir ailə yaratmaq istədiyi vurğulanıb.

 

 


 Qeyd edək ki, Britni Spirs yaşadığı depressiyalar ucbatından sənətinə fasilə verərək, psixiatrik xəstəxanada müalicə alırdı. O, ara-sıra iranlı sevgilisi Sem Əsgari və uşaqları ilə görüşərək, birgə vaxt keçirirdi.

 Əntiqə Rəşid