adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Oktyabr 2021 10:27
2144
KRİMİNAL
A- A+

Narkokuryerlər saxlanıldı - VİDEO

Bakıda narkotik satışını həyata keçirən narkokuryerlər saxlanılıb.

DİN Mətbuat xidmətindən "Adalet.az"-a verilən məlumatda bildirilir ki,  Qaradağ rayonu ərazisində saxlanılan paytaxt sakini İsmayıl Qədirovun üzərindən 12 qram, idarə etdiyi avtomobildən isə 4 kiloqram heroin aşkar edilib.

Binəqədi rayonunda isə Məzahir Musayev də saxlanılıb. Onun üzərindən 24 qram, idarə etdiyi “Ravon” markalı maşından isə 2 kiloqram 50 qram heroin aşkar edilib.

Narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan daha 3 nəfər – Sənan Tağızadə, Şamxal Abbasov və Nicat Quliyev saxlanılıb. Bu şəxslərin üzərində ümumilikdə 27 qram heroin və metamfetamin aşkar edilib. Nicat Quliyevin yaşadığı evdən 19 kiloqram 845 qram heroin və 635 qram metamfetamin aşkar edilərək götürülüb.

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan İsmayıl Qədirov, Məzahir Musayev, Sənan Tağızadə, Şamxal Abbasov və Nicat Quliyevin ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Onların əsas məqsədləri müxtəlif vasitələrlə əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək olub.

Bu şəxslər həmçinin narkotik maddələrin onlayn yolla satışından əldə olunan pul vəsaitlərinin nağdlaşdırılmasına da nəzarət ediblər. Saxlanılan İsmayıl Qədirov, Məzahir Musayev, Sənan Tağızadə, Şamxal Abbasov və Nicat Quliyev narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsini həyata keçiriblər.

Narkotik vasitələrin onlayn yolla satışı ilə məşğul olan Nicat Bağırov, Məzaim Nuriyev, Ağarza Tağıyev, eləcə də Səfail Rzayev paytaxt və Lənkəran şəhəri ərazilərində tutulublar. Nicat Bağırovdan 3 kiloqrama yaxın heroin, 341 qram marixuana, 158 qram metamfetamin, 17 qram həşiş, 1 ədəd elektron tərəzi, narkotik vasitələrin satışı zamanı istifadə etdiyi 1 ədəd bank kartı və içərisində narkotiklərin satışı ilə bağlı qeydlər apardığı dəftər aşkar edilib.

Məzahim Nuriyevin üzərindən və idarə etdiyi avtomobildən isə 4 kiloqram 143 qram heroin, 367 qram tiryək, 1 kiloqrama yaxın metamfetamin, 300 ədəd psixotrop tərkibli metadon həbi və 1 ədəd elektron tərəzi aşkar olunub.

Əməliyyatlar zamanı saxlanılan Ağarza Tağızadə və Səfail Rzayevdən isə ümumilikdə 25 qram heroin və metamfetamin aşkar edilib.

İLTİFAT