adalet.az header logo
  • Bakı 12°C
04 Oktyabr 2021 10:31
4940
ŞOU-BİZNES
A- A+

Ərindən boşandıqdan sonra "dedi-qodu" hədəfi olan, bahalı bred geyimlər geyinən Tünzalə Ağayevanın sənət yolu

Məşhur Azərbaycan müğənnisi və bəstəkarı olan Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Tovuz şəhərində anadan olub. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirmişdir.

Adalet.az xəbər verir ki, o, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri almışdır. O, hələ 12 yaşındaykən Azərbaycanın görkəmli şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələmişdir. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilmişdir.
2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi oldu. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi professional yaradıcı fəaliyyətlə məşğuldur.
2002-ci ildə o, Rusiya Federasiyasında keçirilmiş Türksoy - Türk Gənclərinin Beynəlxalq Musiqi Yaradıcılığı Festivalında qalıb gəldi.
2003-cü ildə isə Tünzalə Ağayeva Ukraynada “Yalta-2003” Beynəlxalq Musiqi Müsabiqəsinin Qran-pri mükafatçısı olub.
2006-cı ildə Tünzalə Ağayeva Azərbaycanın “Əməkdar Artisti” fəxri adına layiq görülmüşdür.
2008-ci ildən Tünzalə Ağayeva Avroviziya beynəlxalq musiqi müsabiqəsində Azərbaycanın daimi münsiflərindən biridir.
2010-cu ildə “Qızıl Başlar” Gənclər Mədəniyyət Mərkəzinin apardığı sorğunun nəticələrinə əsasən, Tünzalə Ağayeva Azərbaycanda "İlin ən vətənpərvər müğənnisi" seçilmişdir.

 


2012-ci ildə "İrəli" İctimai Birliyinin dəstəyi ilə Tünzalə Ağayeva "Anam Azərbaycan" adlı vətənpərvərlik mövzusunda əsərlərindən ("Mən fəxr edirəm ki, Azərbaycanlıyam", "Biz gəlirik", "İgidlər", "Şəhidim", "Bizim zaman") ibarət albomunu çıxartdı. Albom uşaq bağçaları, orta və ali təhsil müəssisələrinə paylanmışdır. Məqsəd gənclərdə və uşaqlar vətənpərvərlik hisslərinin aşılanması idi.
2012-ci ilin sentyabr ayında qardaş Türkiyədə “Avropa Qəzet işçilərinin dərnəyi” tərəfindən Tünzalə Ağayeva “İlin ən yaxşı sənətçisi” adına layiq görülmüşdür.
Uğurlu konsert proqramları ilə yadda qalıb. 2014-cü ilin əvvəlindən Tünzalə Ağayeva Türkiyənin TRT televiziyasının dəvətilə TRT Müzik kanalında "Bir sesin cazibesi" adlı musiqi proqramını hazırlayır və aparıcılığını edir.

 


Tünzalə Ağayeva  cazibəli səsi ilə hal-hazırda fank və blyuz elementləri ilə pop-cazz-xalq musiqi janrlarında mahnılar bəstələyir və ifa edir.
21 oktyabr 2019-cu ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülən Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı 
Tünzalə Ağayevanın məşhurlaşmağında böyük rolu olan rejissor-prodüser Rəhman Əliyevondan boşanandan sonra  müğənni Ümmanla ailə həyatı qurub.
Xatırladaq ki, bu, Əliyevin üçüncü evliliyidir. İlk evliliyindən bir qızı, Tünzalə Ağayeva ilə evliliyindən isə daha bir qızı var.
  Müğənni həm də bahalı və brend geyimlərinə görə izləyicilərin diqqətini çəkir. Məsələn, onun paltarının qiyməti 4650 dollar, təxminən 7981 manatdır.


Tünzalə Ağayeva bir müddət əvvəl həmkarı Rəqsanə İsmayılovanın onun haqqında dediyi "Şokoladları müğənnilərin evinə göndərib reklam etməkdənsə, xalqa kömək etsin" fikrini də şərh edib:
"Aşağı səviyyədə çıxıb efirdən nümayiş olunmaq və mənim ünvanıma şokolad satır və sair demək... Mənə ağıl verməyə ehtiyac yoxdur. Valideynlərim məni o qədər ağıllı tərbiyə ediblər ki, heç kimin məsləhətinə ehtiyac görmürəm. Addımlarımı da, xeyriyyəçi hərəkətimi də bilirəm. Mən Allaha cavab verirəm".


Yeri gəlmişkən, müğənnilər Nura Suri və Tünzalə Ağayeva arasında da böyük qalmaqal yaşanmışdı
Nura Tünzalənin onun haqqında səsləndirdiyi kəskin ittihamlara cavab verib.
Tunzalə Ağayeva bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını silə bilməz. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə, saytlarda dediklərini Youtube və Google portallarından sildirib. Yəqin öz yaddaşından da silinib. Mən pul verib qran-pri almıram, mükafat və ya “raskrutka”ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirlərdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. Bu da “çox sağ ol”.

 

Son olaraq, gözəl müğənni  Tünzalə Ağayevanın “Şuşam mənim” mahnısına çəkilən klipi müğənninin ''YouTube'' kanalında yayımlanıb.

Rəsul Rzanın “Şuşam mənim” şeirinin bəstəsi Tünzalə Ağayevaya məxsusdur. İzləyici kimi deyə bilərtəm ki, bu müğənni Xalq artisti titulunu alandan sonra yaradıcılığında ən qiymətli bir klip- mahnıdır


 Əntiqə Rəşid