adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Oktyabr 2021 09:29
1425
DÜNYA
A- A+

Yaponiyanın yeni hökumət başçısı məlum oldu - YENİLƏNİB

Yaponiya parlamentinin aşağı palatası bazar ertəsi hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kisidanı səs çoxluğu ilə “Gündoğar ölkə”nin 100-cü baş naziri vəzifəsinə seçib.

Adalet.az  xarici KİV-ə istinadən xəbər verir ki, hazırda parlamentin yuxarı palatasında da Kisidanın namizədliyi üçün səsvermə keçirilir. Qeyd edilir ki, burada deputatların əksəriyyəti ona səs verəcək - LDP-nin rəhbərlik etdiyi hakim blok parlamentin hər iki palatasında çoxluq təşkil edir.

Qeyd edək ki, Yaponiyanın baş naziri Yosihide Suqi hökuməti bir neçə saat əvvəl tam heyətdə istefaya gedib. Nazirlər Kabinetinin növbədənkənar iclasında baş nazir Suqi bütün hökumət üzvlərindən istefa bəyanatlarını toplayıb. Onlar yeni hökumətin qurulmasına qədər bir neçə saat öz nazirliklərinin müvəqqəti icraçısı olacaqlar.

Hökumətin yeni başçısı Fumio Kisida yeni hökumətinin tərkibini açıqlayacaq.

***08:41

Yaponiyanın Baş naziri Yosihide Suqi hökuməti tam heyətdə istefaya gedib.

Adalet.az xəbər verir ki, bu barədə yerli hökumət başçısının dəftərxanası bildirib.

Bildirilib ki, Nazirlər Kabinetinin növbədənkənar iclasında Baş nazir Suqi bütün hökumət üzvlərindən istefa bəyanatlarını toplayıb. Onlar yeni hökumətin qurulmasına qədər bir neçə saat öz nazirliklərinin müvəqqəti icraçısı olacaqlar. Tezliklə Yaponiya parlamenti yeni baş nazirin namizədliyinə səs verəcək.

Hökumətin başçısı hakim Liberal Demokrat Partiyasının yeni sədri Fumio Kisida olacaq. Bundan sonra Kisida yeni hökumətinin tərkibini açıqlayacaq.

Gözlənilir ki, xarici işlər naziri Tosimisu Moteqi və müdafiə naziri Nobuo Kisi yeni Nazirlər Kabinetinin heyətində öz vəzifələrini saxlayacaq.(unikal.org)