adalet.az header logo
  • Bakı 12°C
01 Oktyabr 2021 11:36
1500
ŞOU-BİZNES
A- A+

Məşhur sənətçidən eks xanımına sərt təpki: "Sarıldığınız ipi kəsərəm, yerə çırpılarsınız"

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs Tvitter hesabında əsəbi bir paylaşımla diqqətləri öz üzərinə çəkib.

Adalet.az xəbər verir ki, məşhur sənətçinin ilk həyat yoldaşı, eyni zamanda oğlu Əhməd ilə qızları Gülden və Gülşənin anaları olan Ədalət Tatlı ilə aralarında bir gərginlik baş verib.


 Ötən günlərdə verdiği bir müsahibədə  "İdo və Mələk Zübeydədən başqa heç bir övladımın toy- düyünündən xəbərim olmadı deməsi sabiq xanımını özündən çıxarıb. Şanlıurfada yaşayan Ədalət Sara xanım iddiaları rədd edərək 'Atalıqvəzifəsini  yerinə yetirmədi' dedi və  Tatlısəsi övladlarıyla maraqlanmadığı üçün günahlandırdı. O sosial şəbəkə hesabında bildirdi ki, uşaqların toy məclisi haqqında  keçmiş ərinin xəbəri olub və o yığıncağa gəlməyib: “Oğlum Əhmədin toyuna gəlməsi üçün İbrahim Tatlısəsi özüm aradım , zəng vurdum, toyda olmasının vacibliyini dedim. Amma o gəlmədi. Hətta heç sonra da zəng edib mərasimin necə keçdiyini öyrənmədi, hər hansı  yardım- kömək etmədi, niyə gəlmədiyinin səbəbini söyləmədi” .
 Anasının paylaşımına “bəyəndim” işarəsi qoyan Əhmət Tatlısəs anası ilə eyni düşüncədə olduğunu təsdiq edib.


  Türkiyə musiqisinin kralı olanlara həddən artıq əsəbləşmiş olmalıydı ki, öz tvitter səhifəsində sabiq xanımına sərt təpki  verib: “ Hər kəs həddini bilsin!İbrahim Tatlısəs geri döndü. İpimə sarılıb qalxanlar var. Xəbərdarlıq edirəm sarıldığınız ipi kəsərəm, yerə çırpılarsınız. Əslində baş qoşmaq istəmirdim , amma cavab verməsəm də olmaz”.

Ötən aylarda böyük oğlu Əhməd Tatlısəsin polis bölməsinə düşməsi xəbərinə İbrahim Tatlısəs  çox mütəəssir olmuşdu. Müğənni sosial şəbəkə hesabında yazmışdı: “İndki ağlım olsaydı, 7 uşağa razı olmazdım. Allah insana övladın da xeyirlisini versin. Vermirsə, onda heç verməsin. Çünki azı qərar, çoxu zərər. Prezidentimizin dediyi kimi, 3 uşaq yetər” 

 

 Qeyd edək ki, İbrahim Tatlısəs, ilk evliliyini Urfada Ədalət Durak ilə həyata keçirib. Cütlüyün 3 uşağı olub:oğlu Əhməd ilə qızları Gülden və Gülşən... və cütlük  ayrılıb.
1979-cu ildə “Qara yaylıq” filmində tanış olduğu aktrisa Perihan Savaş ilə münasibətə başlayan Tatlısəs daha sonra onunla ailə həyatı qurub. Bu evlilikdən cütlüyün Mələk Zibeydə adlı qızı var.


 9 avqust 1984-cü il tarixli qəzetlərdə yer alan xəbər hamını təəccübləndirib. Xəbərdə yazılmışdı: “İbrahim Tatlıses tərəfindən qaçırıldıqdan sonra yeddi saat ərzində döyüldüyünü iddia edən aktrisa Perihan Savaş prokurorluğa müraciət edərək onun ruhi xəstə olduğunu bildirib və həbs olunmasını istəyib. P.Savaşın gözünün altının göyərdiyini, qaşının partladığını görüblər. Tatlısəs ifadəsində bildirib ki, o, qızımın anasıdır, sağda-solda gəzməyini kişi olaraq qüruruma sığışdırmadım”.Bundan sonra cütlük ayrılıb.


1983-cü ildə “Günah” filmini çəkərkən Dərya Tuna ilə tanış olan Tatlısəsin ondan İdo (İbrahim) adlı bir oğlu var. Ancaq cütlük heç zaman ailə həyatı qurmayıb. İbrahim Tatlısəs bir müddət məşhur rəqqas Asena ilə də eşq macərası yaşayıb.
 

İbrahim Tatlısəs 27 sentyabr 2011-ci ildə xəstəxanada sürpriz şəkildə Ayşəgül Yıldızla ailə həyatı qurub. Tatlısəsin nikah şahidi Fatih Tərim olub. Cütlüyün Elif Ada adlı qızları var. Bu evlilik də uzun müddət davam etməyib və cütlük 29 noyabr 2013-cü ildə boşanıb.
İ.Tatlısəs boşanma xəbəri ilə bağlı belə açıqlama verib: “Sevgili dostlarım, xahiş edirəm, bu mövzuda heç kim məndən heç nə soruşmasın. Bu, səhhətimlə əlaqəli aldığımız qərardır. Anlayış göstərin. Ayşəgül xanım Elifimin anasıdır, mənim də qiymətlimdir. Onun pis olmasını istəmirəm”.


 Bundan əlavə, İbrahim Tatlısəsin Dilan Çıtak adlı qızının olduğu da ortaya çıxıb. Dilan Çıtak illərdir İbrahim Tatlısəsin qızı olduğunu iddia etmişdi. Onun öz qızı olduğunu etiraf edən Tatlısəs “Əslini inkar edən bizdən sayılmaz”, - deyərək sosial mediadan sözünü demişdi.


 Əntiqə Rəşid