adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Sentyabr 2021 21:35
1090
DÜNYA
A- A+

Fransada vaxtı keçmiş vaksin qalmaqalı

Fransanın Loire bölgəsində 100-ü uşaq olmaqla, 260 nəfərə son istifadə tarixi keçmiş “Pfizer” vaksini vurulub.

Bu barədə “France Bleue” radiosu məlumat yayıb. Məlumatda bildirilir ki, bu bölgədə yaşayan 260 nəfərə vaxtı keçmiş vaksin vurulub. Bunlardan 100-ü məktəb yaşlı uşaqlardır.

Fransa Milli Dərman Təhlükəsizliyi Agentliyi vaksin vurulan yüzlərlə şəxsin səhhəti üçün hər hansı bir risk olmadığını açıqlayıb:

“Bu dozaların koronavirusa qarşı təsiri olacağına təminat verilə bilməz. Nəticədə, bu universitet tələbələrinə yeni dozalar üçün yeni tarixlər təqdim olunacaq”.