adalet.az header logo
  • Bakı 18°C
29 Sentyabr 2021 18:21
3251
ŞOU-BİZNES
A- A+

33 il müğənni, bəstəkar, aparıcı, aktrisa: Aygün Kazımovanın 50 illik  həyat yolu

Bu il 50 yaşını qeyd edən Azərbaycan xalq artisti  Aygün Kazımova sənətin zirvəsinə çatanacan keşməkeşli həyat və sənət yolu keçib. Fərqli səs tembri, ürəkoxşayan mahnılaları, cəsur pozları, seksual duruşu, açıq-saçıq və bahalı geyimi ilə hər zaman gündəmdə olmağı bacarıb. 

 

Adalet.az xəbər verir ki, 1971-ci il yanvar ayının 26-da Bakı şəhərində dünyaya gəlib. 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyub. Məktəb illərinin ardından Bakı Mədəni-Maarif Texnikumuna (indiki Bakı Humanitar Kolleci) daxil olsa da, təhsilini yarımçıq dayandırmaq məcburiyyətində qalıb.
Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəlmişdir. İfaçı İlk qrand-prizi məhz bu yarışmada qazanmışdır. 1989-1989-cu illərdə Yurmalada keçirilmiş beynəlxalq konkursda, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olmuşdur. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə Qrand mükafatına layiq görülmüşdür.

 

2001-ci ildə yenidən üç - "İlin müğənnisi", "İlin hit mahnısı: Я и ты", "İlin konserti: Я девушка восточнaя" nominasiyaları üzrə Qrand mükafatı qazanmışdır. İndiyə kimi 10-a yaxın solo konserti olmuşdur. Bunlardan 1999-cu ildə "Aygün-Bir Gün", 2000-ci ildə "Я девушка восточная", 2001-ci ildə "Qeyri-adi şou", 2006-cı ildə Moskvada möhtəşəm yubiley konsertlərini misal göstərmək olar. Bu günə kimi 15 diski işıq üzü görmüşdür. 2001-ci ildə Azərbaycanın əməkdar artisti, 2009-cu ildə isə xalq artisti adlarına layiq görülüb. Vaqif Gərayzadə, Eldar Mansurov və Cavanşir Quliyev kimi bəstəkarlarla birgə çalışmışdır.

 

 

Xarici ölkələrdə də konsertlər verir. Onlardan ən məşhuru 2006-cı ildə Moskvada Dövlət Kreml sarayında təşkil edilmiş konsertdir. Bunlardan savayı, xeyriyyə konsertləri də keçirmişdir. 2005-ci ildə rejissor Arif Qazıyevin "Xarı bülbüllər" musiqili filmində baş rola çəkilmişdir. Həmçinin Best Model of Azerbaijanın rəhbəri vəzifəsində də iştirak etmişdir. 2012-ci ildə Türkiyənin ən tanınmış müğənni və bəstəkarları olan Sinan Akçıl və Sərdar Ortacla iş birliyi qurmuşdur. Sinan Akçıl ilə "İkinci sen" adlı duet ifa edib. Sərdar Ortacdan isə "Hayat ona güzel" adlı mahnı ifa edib. Hər iki mahnı müğənninin karyerasına uğur gətirdi. Məhz 2012-ci ildə ifa etdiyi bu mahnlara görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi Qrand 2012 mükafatına layiq görülüb.

 

Sinan Akçıl ilə ifa etddiyi duet müğənniyə "İlin dueti", Sərdar Ortacdan ifa etdiyi mahnının klipinə görə isə "İlin klipi" mükafatına layiq görülüb. 2012-ci ilin sonundan dünya layihəsinə start verib. Müğənninin Türkiyədə çalışdığı "DokuzSekiz" musiqi şirkətinin köməkliyi ilə Hollivud ulduzu, reper Snoop Dogg ilə duet ifa etmişdir. İfa etdikləri mahnının adı "Coffee from Columbia" adlanır. Müğənni adı çəkilən mahnının adı ilə eyni adda CD çıxarmışdır. Albomda 12 mahnı yer alıb. Eyni zamanda Snoop Dogg ilə ifa olunan duetə dünyanın, xüsusilə Amerika Birləşmiş Ştatlarının və Türkiyənin ən məşhur DJ-ləri remiks versiya hazırlayıb. "Coffee from Columbia" mahnısı və mahnıya çəkilən klip Türkiyə və Azərbaycan telekanalları ilə yanaşı, dünyanın əsas musiqi kanalları, o cümlədən MTV-də də nümayiş olunub.

 


Aygün Kazımova 2016-cı ildə Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülmüşdür. Müğənni bu mükafata layiq görülən ilk azərbaycanlıdır.

Gözəlliyindən və gəncliyindən heç itirməyən Aygün Kazımova  həm  mahnıları, uğurları ilə ,  həm də gözəlliyi və  cəsur fotoları, açıq-saçıq eyni zamanda bahalı geyimləri  ilə yaddaşlarda qalıb. Aygün Kazımova bir neçə filmə çəkilib və eyni zamanda kliplərindəki  obrazları özü oynayıb. Aktrisalığı  ilə də fitri istedada sahib olduğunu fanatlarına sərgiləyə bilib.

 

Qeyd edək ki, Azərbaycanın xalq artisti , sevilən müğənni, təkrarsız sənətçi Azərbaycan şou-biznesində bir çox “ilk”ə imza atdığına, incəsənətimizi çiçəkləndirdiyinə görə ona minnətdarıq

 Əntiqə Rəşid