adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Sentyabr 2021 12:47
1119
DÜNYA
A- A+

Rusiyada koronavirusdan ölənlərin sayı 204 mini ötdü

Rusiyada son sutka ərzində daha 22 236 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Adalet.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 7 443 149 nəfərə çatıb.

Son sutka ərzində 779 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 204 679 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.