adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Sentyabr 2021 17:47
1289
SİYASƏT
A- A+

İran dar məqamda arxasını Türkiyə və Azərbaycana söykəyəcək

Gorus - Qafan yolunun bağlanması ilə bir çox şərhçilər ilkin formada bunu Azərbaycanın İrana təzyiqi kimi izah etdilər.

Halbuki, İlham Əliyev o qədər xırda detallara vaxt ayıracaq bir siyasətçi deyil. Düşüncəsinin bütün fazaları açılıb və kartanin bizim kimi təkcə Azərbaycan tərəfini görmür, ümumi mənzərəni görür və bu addımları sırf gələcəyə yönəlik atır.

Bəs gələcək nədir?

İran ətrafında son günlər qlobal həlqənin daralması, ABŞ - İsrail ittifaqının plan "B"-ə keçməsi və İranın müttəfiqlərinin - Fransanın cəzalandırılması, AUKUS ittifaqının inşası və Çinin hədəf göstərilməsi Azərbaycan üçün bölgədəki siyasi diktəsini müharibədən sonra qalib və güclü olduğunu hiss etdirməsi baxımdan möhtəşəm fürsətlər yaratdı.

Digər detallara toxunmadan deyək ki, hazırda iki məsələ Azərbaycan üçün məqsədinə çatdığını göstərir:

1. İranın ən dərin adamı - beyin mərkəzinin rəhbəri Səccadpurun səfəri və Ağdama gedişi,

2. İranın artıq Ermənistan ilə münasibətlərinin bir də əvvəlki kimi Azərbaycana qarşı olmayacağının qarantiyası;

İran təkcə bu addımlarla maraqlarımızı qəbul və etiraf etdiyini göstərmir:

"Türkiyə-Azərbaycan birliyi, qardaşlığı öz sözünü deyir. 

1.İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur bugün Ağdama gedib.

2. Bu yaxınlarda Tehranda Türkiyə-Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək.

3. İranın prezidenti İbrahim Rəisi cənab Rəcəb Tayyib Ərdoğanı İrana dəvət edib".

Bu qısa mətndə də görünür ki, İranın şimali artıq antı Iran koalisiyasına qoşulmayacaq;

İran dar məqamda arxasını Türkiyə və Azərbaycana söykəyəcək;

İran diplomatı Ağdama getməklə qəbul etdi ki, Ermənistan işğalçı və vandaldir.

Əziz Əlibəyli