adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Sentyabr 2021 16:42
974
SAĞLAMLIQ
A- A+

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 58 256 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 440 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 227 729, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 683 453, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 544 276 təşkil edir.